Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının www.kerui.org veb-saytında AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransı haqqında ətraflı məlumat yerləşdirilib.
Xəbərdə qeyd edilir ki, konfrans ETN İnformasiya Texnologiyaları İnstitutu, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə rəqəmsal təhlükəsizlik, kibertəhlükəsizlik, süni intellekt, milli data suverenliyi və rəqəmsal infrastruktur mövzularında məruzələr dinlənilib.
Xəbərin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür: www.kerui.org