Akademik Rasim Əliquliyev TV1-də çıxış edib – VİDEO

02 Mart 2026 - 11:24 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev TV1-də çıxış edib

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TV1-də “Akademik söhbət” verilişinin qonağı olub.

Akademik Rasim Əliquliyev ölkəmizdə son 20 il ərzində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən süni intellektin tətbiqi istiqamətində aparılan islahatlardan bəhs edib, innovativ ekosistemin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. Verilişdə həmçinin  “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə müzakirə olunan məsələlərdən irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.