Polşa istehsalçıları adi mausu kompüterə çeviriblər

22 Yanvar 2015 - 17:02 | Texnoloji yeniliklər
Polşa istehsalçıları adi mausu kompüterə çeviriblər

Polşa istehsalçıları “Mouse-Box” adlı qeyri-adi qurğu təqdim ediblər. “Mouse-Box” qurğusu görünüşcə adi kompüter mausunu xatırladır, lakin cihazın daxilində kompüterin elektron içliyi mövcuddur.

hitech.newsru.com saytının məlumatına görə, sistem blokunu tamamilə əvəz edə bilən qurğu 1,4 QHs takt tezlikli dördnüvəli “Cortex” prosessoru, 128 GB tutumunda daxili yaddaş, Wi-Fi, akselerometr, giroskop və 2 ədəd USB 3.0 konnektoru ilə təchiz edilib. Əməli yaddaşın tutumu açıqlanmasa da, “Bulud” saxlancına qoşulmaqla daxili yaddaşın tutumunu artırmaq mümkündür.
“Mouse-Box” qurğusundan istifadə etmək üçün onu “HDMI” kabelin köməyilə monitora qoşmaq lazımdır.
Qurğunun yaradıcıları əmindirlər ki, qeyri-adi maus evdə yerə qənaət edənlər üçün gərəkli olacaq. Bu qurğunun köməyi ilə təqdimatlar keçirmək mümkündür. Hazırda istehsalçılar komandası qurğunu bazara çıxarmaq üçün investor axtarışındadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.