OneWeb dünya əhalisini İnternetə qlobal çıxış imkanı ilə təmin edəcək

22 Yanvar 2015 - 16:06 | Texnoloji yeniliklər
OneWeb dünya əhalisini İnternetə qlobal çıxış imkanı ilə təmin edəcək

Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunications Union) təqdim etdiyi statistik məlumatlara əsasən, dünya əhalisinin yarıdan çoxu İnternetə çıxış imkanından məhrumdur. Bu problemin aradan qaldırılması məqsədilə bir çox təşkilatlar İnternetə qlobal səviyyədə çıxışı təmin etmək üçün layihələr həyata keçirirlər. “Google” şirkətinin stratosfer hava şarlarından istifadə etməklə yüksək sürətli İnternetlə təmin edən Project Loon layihəsi, “Facebook” şirkətinin yüksək hündürlükdə uçan pilotsuz hava aparatları donanmasından istifadə edərək İnternetlə təmin edən layihəsi və tanınmış SpaceX şirkətinin təsisçisi və direktoru Elon Maskın çoxsaylı peyk qrupları yaratmaqla bütün Yer kürəsinin əhalisinə İnternetə çıxış imkanı verən layihəsidir.

“Qualcomm” və “Virgin Group”-un maliyələşdirdiyi “OneWeb” şirkətinin planlarına görə, ilk mərhələdə yerin orbitinə qısa müddətli gecikmələrlə dünya əhalisini yüksək sürətli İnternetlə təmin edəcək 648 kommunikasiya mikropeyki çıxarılacaq.

OneWeb peyk şəbəkəsi vasitəsilə İnternetə çıxış birbaşa deyil, yerüstü terminal-stansiyalarda quraşdırılmış Wi-Fi, LTE, 3G və ya 2G texnologiyaları ilə həyata keçiriləcək.

Dailytechinfo.org saytının məlumatına əsasən, OneWeb-in bütün peykləri ikipilləli LauncherOne raketi ilə orbitə çıxarılacaq. Bu raket 15 km hündürlüyə WhiteKnightTwo daşıyıcı-təyyarəsi ilə qaldırılacaq. LauncherOne aşağı yer orbitinə 225 kq, geosinxron orbitə isə 120 kq yük çatdırmaq imkanına malikdir. Hər uçuşun dəyəri 10 milyon ABŞ dolları təşkil edəcək.

OneWeb şəbəkəsi təbii, texnogen fəlakətlər və digər fövqəladə hallar zamanı təcili əlaqə qurulmasını təmin etmək üçün də istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.