Akademik Rasim Əliquliyev AzTV-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın iclasında çıxış edib – VİDEO

26 Yanvar 2026 - 10:35 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev AzTV-nin nəzdində fəaliyyət göstərən Bədii Şuranın iclasında çıxış edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Bədii Şuranın növbəti iclası keçirilib. İclasda Azərbaycan Televiziyasında son dövrlərdə həyata keçirilən yeniliklər müzakirə olunub.

Tədbirdə mediada Azərbaycan dilinin qorunması və inkişafı, milli dil korpusunun yaradılması, televiziya vasitəsilə maarifləndirmə imkanları, həmçinin vətəndaş maraqlarının təmin olunması məsələləri geniş müzakirə olunub, təkliflər səsləndirilib.

İclasda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək süni intellekt texnologiyalarının televiziya materiallarının, filmlərin hazırlanmasında tətbiqini yüksək qiymətləndirib. Alim bildirib ki, bu yanaşma Azərbaycan dövlət televiziyasının müasir texnologiyalara xüsusi diqqət yetirdiyini, televiziya sahəsində innovativ imkanların genişləndirilməsinə mühüm töhfə verdiyini bir daha sübut edir.