İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

19 Yanvar 2026 - 10:14 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 36 il ötür. 

İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və əməkdaşları Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib.

Əməkdaşlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.