Çinin “WinSun” tikinti şirkəti 3D çap əsasında inşa edilmiş ictimai binaları təqdim edib.
Jiangsu əyalətində yerləşən sənaye parkında beşmərtəbəli, çox mənzilli bina və villa nümayiş etdirilib. Tikinti materialı olaraq xüsusi tez quruyan sementdən və şüşə, lil kimi müxtəlif tullantı materiallarından istifadə olunub.
Gazeta.ru saytının məlumatına görə, tikililəri çap etmiş qurğunun hündürlüyü 6,6 m, eni 10 m, uzunluğu isə 40 m-dir. Binanın elementləri ayrı-ayrılıqda çap olunduqdan sonra, tikinti ərazisində armatur materialları ilə bərkidilərək yığılır.
Bu üsul tikintiyə sərf olunan vaxta 50-70 faiz qənaət etməyə, xərcləri isə 50-80 faiz azaltmağa imkan verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.