İnformasiya Texnologiyaları İnstitutunun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12 Dekabr 2025 - 10:09 | Mühüm hadisələr

Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin vəfatından 22 il ötür.

Dekabrın 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. İnstitutun əməkdaşları Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə tər çiçəklər qoyub, ruhu qarşısında baş əyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.