Yeni nəsil bio 3D printer insan dərisi, sümük və oynaq “çap edəcək”

19 Yanvar 2015 - 11:05 | Maraqlı məlumatlar
Yeni nəsil bio 3D printer insan dərisi, sümük və oynaq “çap edəcək”

“Tokyo Hospital” Universitetinin alimləri insan dərisi, sümük və oynaqları “istehsal edə” biləcək yeni nəsil bio 3D printerinin yaradılması üzərində çalışırlar. 

Professor Tsuesi Takatonun bildirdiyinə görə, adətən adi implantatlar üçün pasiyentin öz sümüyündən qığırdaq götürülür, lakin 3D-printerdə çap olunmuş implantatlar bu materiallar olmadan da keçinməyə imkan verəcək. Professorun sözlərinə görə, alimlər toxumaların böyüməsinə kömək edən gövdə hüceyrələri, zülalları və kollagenə yaxın olan sintetik maddələri kombinasiya edirlər.

hitech.newsru.com saytının məlumatına görə, hazırda tədqiqat qrupu 3D-printerdə hazırlanmış dərinin klinik sınaqlardan keçirilməsini planlaşdırır. 3 ildən sonra isə sümük, oynaq və qığırdaqların surətinin çıxarılması işlərinə başlanacaq.

Tədqiqatçılar həmçinin 3D-printerdə sümüklərin bərk səthi və daxili məsaməli sümük maddəsi də daxil olmaqla, insan orqanlarının strukturunu da yenidən yaratmağı öyrənirlər. Yeni texnologiyada əsas çətinlik 3D-printerinin iş zamanı hasil etdiyi istilikdir ki, bu da hüceyrə və zülalları məhv edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.