GEANT Assosiasiyasının rəsmi saytında “eduROAM təlimi Azərbaycanda elm və təhsilin inteqrasiyasını gücləndirir” adlı xəbər dərc olunub.
Xəbərdə ETN İnformasiya Texnologiyaları İnstitutunda GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin dəstəyi ilə keçirilmiş eduROAM xidmətlərinin təşkili məsələlərinə həsr olunmuş təlimlər haqqında məlumat verilib.
Materialda qeyd olunub ki, Yunanıstanın GRNET (Greek Research and Technology Network) şəbəkəsinin məsul şəxsləri Zenon Mousmoulas və Halil Adem tərəfindən keçirilən təlimlərdə AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin sistem/şəbəkə mütəxəssisləri ilə yanaşı, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq şöbələrinin İT-mütəxəssisləri iştirak edib.
Xəbərin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz: connect.geant.org
Qeyd edək ki, eduROAM təlimləri ilə bağlı EAPConnect-in rəsmi eapconnect.eu saytında da xəbər yerləşdirilib.