2014-cü ildə hüquq sahibləri “Google” şirkətindən onların hüquqlarını pozan 345 milyondan çox istinadın axtarış indeksini silməyi tələb ediblər. Bu göstərici 2013-cü illə müqayisədə 75 faiz çoxdur.
3dnews.ru saytının məlumatına görə, Google axtarış reytinqində pirat saytların sayını azaltmaq üçün bir sıra addımlar atsa da, istinadların silinməsi üçün müraciətlərin sayı artmaqda davam edir.
2008-ci ildə şirkət onlarla sorğu qeydə aldığı halda, hazırda hər gün milyona yaxın sorğunu nəzərdən keçirir. Şirkət özü illik statistikasını dərc etməsə də, Torrent Freak bütün həftəlik və açıq hesabatları emal edərək sorğu sayının 345.169.134 olduğunu müəyyənləşdirib.
Qeyd edək ki, silinmə ilə bağlı sorğuların əksəriyyəti 4shared.com, rapidator.net və uploaded.net domenləri ilə əlaqədar olub. Google-a ən çox sorğu göndərən şirkət isə 60 milyon istinadı əhatə edən sorğu ilə “BPI” olmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.