İnformasiya Texnologiyaları İnstitutunun komandası institutlararası mini futbol turnirində ikinci yerin qalibi olub

22 May 2025 - 17:43 | Maraqlı məlumatlar

Məlum olduğu kimi, AMEA-nın Rəyasət Heyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi, AMEA-nın Azad Həmkarlar İttifaqı, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Elmi Təşkilatların Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş institutlararası mini futbol turniri keçirilib.

Futbol turniri bu il ilk dəfə fərqli formatda təşkil olunub və həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin ayrıca çempionatı keçirilib, yekunda hər çempionatın qalibi olan komandalar superkubok uğrunda qarşılaşıblar.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələr üzrə çempion finalda İnformasiya Texnologiyaları İnstitutunun komandasını məğlub edən Geologiya və Geofizika İnstitutunun komandası olub. III yerdə isə İqtisadiyyat İnstitutunun komandası qarşılaşıb.

Mayın 22-də keçirilən institutlararası mini futbol turnirinin bağlanış mərasimində ETN İnformasiya Texnologiyaları İnstitutunun futbol komandasının üzvlərinə institutlararası mini futbol turnirinin final mərhələsində ikinci yerin qalibi olduqlarına görə sertifikatlar, medal və pul mükafatları təqdim olunub, xatirə şəkilləri çəkilib.

İnstitutun kollektivi adından bu münasibətlə komandanın bütün üzvlərini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.