İnformasiya Texnologiyaları İnstitutunun komandası institutlararası futbol çempionatında final mərhələsinə vəsiqə qazanıb

15 May 2025 - 14:55 | Maraqlı məlumatlar

AMEA-nın Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş institutlararası futbol çempionatının yarımfinal mərhələsində ETN İnformasiya Texnologiyaları İnstitutunun komandası ETN İqtisadiyyat İnstitutu komandası ilə qarşılaşıb. Oyunun əsas hissəsi 3:3 hesabı ilə nəticələnib. Qalibi müəyyən etmək üçün qapılara 11 metrlik cərimə zərbələri təyin edilib. İnformasiya Texnologiyaları İnstitutunun komandası rəqib üzərində 3:1 hesabı ilə qələbə qazanaraq final mərhələsinə yüksəlib.  

İnstitutun kollektivi adından final mərhələsində komandamıza uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.