Akademik Rasim Əliquliyev TV1-də süni intellekt strategiyasının əhəmiyyətindən danışıb – VİDEO

02 May 2025 - 09:25 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev TV1-də süni intellekt strategiyasının əhəmiyyətindən danışıb

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev TV1-də “Akademik söhbət” verilişinin qonağı olub. Akademik verilişdə dövlət başçısının cari il martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” haqqında məlumat verib, bu sənədin müvafiq dövlət qurumlarının, eyni zamanda alim və mütəxəssislərin qarşısına strateji vəzifələr qoyduğunu söyləyib. Bildirib ki, dünyada və ölkəmizdə İKT-nin, süni intellekt texnologiyalarının sürətli inkişafı, rəqəmsal transformasiyanın dərinləşməsi və yeni çağırışların meydana çıxması sözügedən strategiyanın hazırlanması zərurətini yaratmışdır.

Akademik R.Əliquliyev süni intellektin müxtəlif dövlət orqanlarının fəaliyyətində geniş tətbiqi, süni intellekt sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, eyni zamanda Azərbaycanın maraqlarının və təhlükəsizliyinin qorunması, müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı məsələlərin strategiyada qarşıya qoyulan əsas vəzifələrdən olduğunu qeyd edib.