Akademik Rasim Əliquliyev ARB24-ün “İş vaxtı” verilişində süni intellekt məsələlərindən danışıb

23 Aprel 2025 - 14:28 | Müsahibələr, çıxışlar
Akademik Rasim Əliquliyev ARB24-ün “İş vaxtı” verilişində süni intellekt məsələlərindən danışıb

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ARB24-ün “İş vaxtı” verilişinin qonağı olub. Akademik verilişdə XXI əsrdə böyük və inqilabi gücə malik olan süni intellekt texnologiyalarından bəhs edib, onun müsbət və mənfi tərəflərini şərh edib.

Alim bildirib ki, bu gün artıq bütün dünya ölkələri süni intellekt sahəsində qlobal texnoloji liderliyi əldə etmək məqsədilə bu sferanın inkişafı üçün kompleks tədbirlər həyata keçirir, böyük maliyə vəsaiti ayırır, xüsusi strategiyalar qəbul edir. Akademik Azərbaycan dövlətinin də süni intellekt ideologiyasını dəstəkləyərək, bu istiqamətdə mühüm qərarlar verdiyini, zəruri addımlar atdığını bildirib. Alim və mütəxəssislərin süni intellekt məsələlərini daim diqqət mərkəzində saxladıqlarını söyləyib.

AMEA-nın vitse-prezidenti dövlət başçısının cari il martın 19-da imzaladığı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan irəli gələn vəzifələrdən də söz açıb, bu strategiyanın ölkəmizdə süni intellekt problemlərinin həlli baxımından önəmini vurğulayıb.