AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Asan TV-nin qonağı olub

21 Aprel 2025 - 10:59 | Müsahibələr, çıxışlar
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Asan TV-nin qonağı olub

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Asan TV-nin “İnkişafdasan” verilişinin qonağı olub.

“Blokçeyn və Data ilə yeni idarəetmə” mövzusuna həsr olunmuş verilişdə R.Alıquliyev müasir dövrdə yeni iqtisadiyyatın “nefti” hesab olunan Big Data-nın toplanması, saxlanması, emalı və ötürülməsinin ciddi bir problemlə çevrildiyini diqqətə çatdırıb.

Alim çıxışında Data-ların həcminin hər 4 ildən bir iki dəfə artdığını qeyd edib, son illərdə data alimlərinə böyük tələbatın yarandığını vurğulayıb. 

R.Alıquliyev data-ların toplanması zamanı fərdi məlumatların təhlükəsizliyinin qorunması məsələlərindən bəhs edib, həmçinin blokçeyn texnologiyalarının tətbiq sahələri barədə danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.