ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə fəaliyyət planı müzakirə olunub.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi” mövzusu üzrə böyük verilənlərin klasterləşdirilməsi üçün optimallaşdırma modeli və onun həlli üçün alqoritmin, eləcə də ellipsoidal klasterləşdirmə üçün optimallaşdırma modeli və onun həlli üçün alqoritmin işlə
E-elmin formalaşması və elmmetriya problemləri ilə bağlı aparılan tədqiqat işlərindən bəhs edən R.Alıquliyev “Elmi fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi” və “Tələbələrin fərdi xüsusiyyətinin onların mütəxəssis kimi formalaşmasına təsirinin qiymətləndirilməsi üçün modellər” mövzularında dissertasiya işləri çərçivəsində araşdırılması nəzərdə tutulan məsələləri qeyd edib.
Şöbə müdiri həmçinin Big Data analitikası və Data Mining problemləri üzrə “E-idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənməsi”, “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi”, “Plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənməsi”, “Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları”, “Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi” və digər mövzular üzrə aparılacaq tədqiqatları diqqətə çatdırıb.
O, Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə yerinə yetiriləcək tədqiqat işlərini qeyd edərək, “Xətti-kvadratik optimal idarəetmə məsələsi üçün requlyatorların qurulmasında qərarlaşmış rejimə keçid nöqtəsinin təyin edilməsi üsulları” və “Pilotsuz uçuş aparatlarının əvvəlcədən verilmiş trayektoriya üzrə hərəkətinin idarə olunması üsulları” mövzuları üzrə məqalələrin hazırlanmasının planlaşdırıldığını vurğulayıb.
R.Alıquliyev cari ildə rəhbərlik etdiyi şöbədə AR Dövlət Neft Şirkətinin Elm Fondunun və Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi qrant layihələri çərçivəsində yerinə yetiriləcək məsələlər və nəzərdə tutulan məqalə və tezislər barədə də məlumat verib.
Məruzəçi qeyd edib ki, cari ildə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən dövri elmi nəşrlərdə 37 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli konfransların materiallarında 23 tezisin çapı planlaşdırılır.
Şöbə müdiri, həmçinin Avstraliya Federasiya Universiteti, Avstraliyanın Melburn Kral Texnologiya İnstitutu, Türkiyənin Ankara və Dokuz Eylül universitetləri, Böyük Britaniyanın Derbi və Belfast Kraliça universitetləri, eləcə də ABŞ-ın Lamar Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev müasir dövrdə böyük aktuallıq kəsb edən problemlərdən olan klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi ilə bağlı aparılan tədqiqatların institutun elmi seminarında müzakirə edilməsinin, elmi fəaliyyətin nəticələrinin qiymətləndirilməsi istiqamətində dissertasiya işinin isə tamamlanaraq müzakirəyə təqdim olunmasının vacibliyini vurğulayıb.
Alim həmçinin gənc tədqiqatçıların elmi fəaliyyətinin daha da gücləndirilməsi, aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunmasına dair tövsiyələr verib.
Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə fəaliyət planı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.