Dünyanın ən güclü kompüteri

14 Mart 2025 - 15:06 | Maraqlı məlumatlar
Dünyanın ən güclü kompüteri

Çində kvant hesablamalarında yeni rekorda imza ata biləcək kvant kompüterinin prototipi yaradılıb. İdeya müəlliflərinin sözlərinə görə, o, adi superkompüterlərdən qat-qat daha sürətli hesablamalar apara bilir.

Məlumata görə, Zuchongzhi-3 kompüteri 105 kubitdən ibarətdir. Çinli alimlər bildiriblər ki, bu kvant kompüteri bir neçə dəqiqə ərzində kvant hesablamalarını yerinə yetirə bilər. Dünyanın ikinci ən güclü superkompüteri olan Frontier-ə isə eyni hesablamaları yerinə yetirmək üçün təxminən 6 milyard il lazım idi.

Mövcud ən yaxşı klassik alqoritmlə tərtib edilən məsələlərin həlli ilə müqayisədə, bu kvant kompüterinin hesablama sürəti dünyanın ən güclü superkompüterinin sürətindən 15 dəfə daha çoxdur.

“Bundan əlavə, Zuchongzhi-3 Google-un ötən ilin oktyabr ayında dərc etdiyi son nəticələrdən 6 dəfə daha güclüdür və bu günə qədər ən güclü kvant hesablamaları üstünlüyünü sübut edir”, – deyə Çin Elm və Texnologiya Universiteti araşdırmaların nəticələrindən sonra bəyan edib.

Bildirilib ki, əgər bu rəqəmlər təsdiqlənərsə, Zuchongzhi-3 RCS testində Frontier superkompüteri və Google-un Sycamore kvant kompüterindən dəfələrlə daha sürətli olacaq. Sycamore kvant kompüteri 2019-cu ildə 10.000 ildə hesablana biləcək bir problemi 200 saniyə ərzində həll etmişdir.

Qeyd edək ki, kvant hesablamalar əsasən kriptoqrafiya, dərman kəşfi, süni intellekt və maşın öyrənmə, iqlim modelləri, maliyyə analizləri və s. sahələrdə geniş istifadə olunur.

IFLScience