Bu il Industry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə kiberfiziki geosistemlərin yaradılması üçün metod və alqoritmlərin işlənməsi mövzusunda tədqiqatlar davam etdiriləcək. Bu mövzuya dair təcili tibbi yardım xidmətinin səmərəli idarə edilməsində kiberfiziki geosistemlərin tətbiqi, eləcə də 4D texnologiyalarının tətbiq sahələrinə dair araşdırmaların aparılması nəzərdə tutulur.
ETN İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin 2025-ci il üzrə fəaliyyət planı müzakirə olunub. Məruzəni təqdim edən şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi struktur bölmənin cari il üzrə elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. A.Səmidov cari ildə “İnternet mühitində reklam, marketing fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin nəzərdə tutulduğunu bildirib.
Şöbə müdiri süni intellektə əsaslanan jurnalistikanın perspektivləri, süni intellekt texnologiyalarına əsalanan jurnalistikada kibertəhlükəsizlik problemləri və digər məsələlərə aid araşdırmaların da cari il üzrə fəaliyyət planına daxil olduğunu söyləyib.
Daha sonra A.Səmidov nüfuzlu beynəlxalq jurnallarda nəşr olunacaq məqalələr, eyni zamanda, şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunacaq tezislər barədə də məlumat verib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Multimedia Texnologiyaları Mərkəzinin cari il üzrə fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüb, şöbədə aktual problemləri əhatə edən elmi tədqiqatların daha da dərinləşdirilməsinə, sistemli araşdırmaların aparılmasına dair təklif və tövsiyələrini irəli sürüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.