ETN İnformasiya Texnologiyaları İnstitutunun doktorantı Araz Mustafa Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnonologiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Mustafa 15 ildən çoxdur ki, informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışıb. Hazırda İnformasiya Texnologiyaları İnstitutunda sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatlar aparır. Tədqiqat işinin əsas məqsədi sosial təyinatlı kiberfiziki sistemlərdə toplanan fərdi məlumatlar, tətbiq sahələri, o cümlədən, sosial təyinatlı kiberfiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyi sahəsində mövcud problemlərin analizi, fərdi məlumatların qorunması, risk prioritetlərinin müəyyən edilməsi və s. kimi məsələlərin araşdırılmasından ibarətdir.
İnstitutun kollektivi adından A.Mustafanı təbrik edir, ona bu məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməyi və daha böyük nailiyyətlər qazanmağı arzu edirik.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.