İnstitutun doktorantı crossmedia.az saytına müsahibə verib

28 Fevral 2025 - 10:00 | Müsahibələr, çıxışlar
İnstitutun doktorantı crossmedia.az saytına müsahibə verib

Son zamanlarda müzakirə olunan məsələlərdən biri də fərdi məlumatların qorunması ilə bağlıdır. Texnoloji irəliləyişlər və rəqəmsal dünyanın inkişafı ilə bu məsələ daha da aktual hala gəlib. Bu məlumatlar şəxsi, işgüzar, tibbi  və digər həssas məlumatları əhatə edir. Fərdi məlumatların qorunması ilə bağlı əsas təhlükələrdən biri məlumatların sızmasıdır. Kiber hücumlar, məlumat oğurluğu və hack hadisələri nəticəsində çox sayda şəxsin məlumatları yanlış əllərə keçə bilər. Bu cür hadisələr insanların şəxsi həyatına ciddi zərər verə bilər.

Heç bilirdinizmi ki, zibilliyə atdığınız ödəniş qəbzləri problem yarada bilər.  Bəzən düşünürük ki, adi və lazımsız kağızdır, nə ola bilər?! Hakerlər isə heç də belə düşünmürlər. Bu məlumatlar sizə nə qədər gərəksiz görünsə də, hakerlər elə həmin sənədlərdə olan fərdi məlumatlarınızı, yəni ad, soyad, fin kodunuz, şəxsiyyət vəsiqənizin nömrəsi və digər məlumatları oğurlayaraq hesablarınıza icazəsiz giriş əldə edir və istənilən əməliyyatı adınızdan icra edir, pullarınızı ələ keçirir və hətta şifrələrinizi asanlıqla dəyişirlər.

Bəs fərdi məlumatların oğurlanmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir və insanlar bu zaman nələri nəzərə almalıdırlar?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa bu barədə bir sıra məsələlərə aydınlıq gətirib.

Ekspert bildirib ki, rəqəmsal transformasiyanın yayıldığı bir dövrdə müxtəlif müəssisə və təşkilatlar tərəfindən elektron ödəniş xidmətlər təqdim edilir ki, bunlar vasitəsilə də istifadəçilər müxtəlif ödənişləri həyata keçirə bilir: “Belə ki, bir çox qurumlar göstərdikləri xidmətləri həmin platformalara inteqrasiya edərək ödəniş məlumatlarını - borclarını elektron ödəniş xidmətləri sisteminə ötürür. Bununla yanaşı, müəssisələr ödəniş məlumatları haqqında məlumatları kağız daşıyıcılarda da vətəndaşlara təqdim edir və onlar da həmin bu qəbzlər vasitəsilə ödəniş edirlər. Bu qəbzlər, çeklər və ya ödəniş zamanı verilən digər sənədlər bizim üçün adi görünsə də, həmin sənədlərdə vətəndaşların ad, soyad, fin kodu, şəxsiyyət vəsiqəsinin nömrəsinə digər məlumatlar fərdi məlumatları öz əksini tapa bilər”.

Daha ətraflı: crossmedia.az