“ZTE” şirkəti CES 2015 sərgisində yeni smartfonla yanaşı, öz yeni portativ intellektual DLP-proyektoru SPro-nu (Smart Projector) təqdim edib.
3dnews.ru saytının məlumatına görə, yığcam ölçüsü ilə fərqlənən yeni qurğunu asanlıqla cibə yerləşdirmək olar. SPro kiçik ekranla və əlavə qurğulardan istifadə etmədən təqdimatları nümayiş etdirməyə imkan verən Android 4.2 Jelly Bean əməliyyat sistemi ilə təchiz edilmişdir.
SPro 1 Gb əməli yaddaş, 4 Gb daxili yaddaş, 1,2 GHs Qualcomm Snapdragon ikinüvəli prosessoru və Gorilla Glass şüşəli 4 düymlü WVGA displeylə təchiz edilmiş kompüterdir.
100 lümen parlaqlığa malik olan proyektor 10-dan 120 düymə qədər diaqonalla təsviri proyeksiya edə bilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.