Beynəlxalq Təhlükəsiz İnternet Günü (“International Safer Internet Day”) hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. “Onlayn fırıldaqçılıqdan özünüzü və başqalarını qoruyun!” şüarı ilə qeyd olunan Beynəlxalq Təhlükəsiz İnternet Günü 2025-ci ilin bu gününə təsadüf edir.
Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 170-dən çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.
Beynəlxalq Təhlükəsiz İnternet Günündə dünyanın bir çox ölkələrində “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Burada İnternetdə təhlükəsizliyin təmin edilməsi haqqında məruzələr dinlənilir, müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.