İnstitutun bir qrup əməkdaşı beynəlxalq konfransda iştiraka görə sertifikata layiq görülüb

31 Yanvar 2025 - 14:42 | Mühüm hadisələr
İnstitutun bir qrup əməkdaşı beynəlxalq konfransda iştiraka görə sertifikata layiq görülüb

ETN İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Texniki Universitetində keçirilmiş “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” II beynəlxalq elmi-texniki konfransında məruzə ilə çıxış ediblər.

Belə ki, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev, iqtisad üzrə fəlsəfə doktoru Rasim Mahmudov, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, o cümlədən institutun baş elmi işçisi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov konfransda fəal iştiraklarına görə sertifikatla təltif olunublar.

Tədbirdə həmçinin Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyə Mahmudova, institutun baş mütəxəssisləri – Sabirə Ocaqverdiyeva və Tamilla Bayramova, texnika üzrə fəlsəfə doktoru, dosent Roza Şahverdiyeva, institutun əməkdaşı Aytən Əhmədova, institutun doktorantları – Araz Mustafa, Şəlalə Tahirzadə, dissertantlar – Könül Daşdəmirova, Elşən Bağırov və Tural Bədəlov sertifikata layiq görülüblər.

Qeyd edək ki, tədbir Azərbaycan Texniki Universiteti, ETN İnformasiya Texnologiyaları İnstitutu, ETN İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti, Milli Aerokosmik Agentliyi, İstanbul Texniki Universiteti, Ukraynanın Xarkov Politexnik İnstitutu və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.