Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova süni intellekt texnologiyalarının jurnalistikada tətbiqi ilə yaranan yeni istiqamətlər, süni intellekt jurnalistikasının müsbət və mənfi cəhətləri və s. ilə bağlı AZƏRTAC-a müsahibə verib.
S.Zalova müsahibəsində süni intellekt texnologiyalarına əsaslanan jurnalistikanın ictimaiyyətin maraqlarına xidmət etmək potensialına malik olduğunu qeyd edib, onun fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılığın təmin olunması baxımından böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, son illər xəbərlərin hazırlanmasında robot proqramlarından geniş istifadə olunduğunu vurğulayıb.
Tədqiqatçı həmçinin dünyada süni intellekt texnologiyalarının imkanlarından istifadə edən xəbər agentlikləri, jurnalistika sahəsində tətbiq olunan süni intellekt əsaslı çatbotlar haqqında məlumat verib.