ETN İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbər müavini Kəmalə Qurbanova anadan olmasının 60 illiyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Fərmanı yubilyara təqdim edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov K.Qurbanovanın səmərəli fəaliyyəti, əldə etdiyi nailiyyətləri və institutun ictimai həyatında fəal iştirakı ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduğunu söyləyib. Ona uzun ömür, möhkəm can sağlığı, elmi fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, K.Qurbanova Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 2008-ci ildən İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində fəaliyyət göstərir.
O, doktorant və dissertantlara “İnformatika” fənninin tədrisi və imtahanların qəbulu işinin həyata keçirilməsində fəal iştirak etmişdir.
K.Qurbanova jest informatikasının problemləri və perspektivləri ilə bağlı tədqiqatlar aparır, həmçinin institutda pedaqoji fəaliyyətlə məşğul olur. 1 kitab, 8 elmi məqalə və 13 tezisin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.