Cənubi Koreya hakimiyyət orqanları ölkənin nüvə obyektlərinin idarə edildiyi qurğularda virus olduğunu sübut edib.
hitech.newsru.com saytının məlumatına görə, ölkənin energetika naziri Yun San Çjik parlament iclasında bildirib ki, kompüter qurdunu sistemə fləş-daşıyıcılarından düzgün istifadə olunmaması nəticəsində şirkət əməkdaşlarından biri daxil etmiş ola bilər.
Ötən həftə, özünü “nüvə reaktorlarına qarşı çıxış edən qrupun prezidenti” adlandıran haker, “Twitter” hesabında ölkədə 23 nüvə reaktoru ilə əməliyyat aparan “Korea Hydro and Nuclear Power Co”-nun daxili sənədləşməsinin təxminən 100 min səhifəsini dərc etməklə hədələyib.
Cinayətkar bu halın baş verməməsi üçün 3 Atom Elektrik Stansiyası blokunun fəaliyyətinin dayandırılmasını tələb edib.
Korea Hydro and Nuclear Power Co nümayəndələri isə bəyanatla çıxış edərək bildiriblər ki, kibercinayətkarın verdiyi informasiya məxfi deyil və atom obyektlərinin təhlükəsizliyi üçün fəsad törətmir.
Cənubi Koreya hökuməti əlavə məlumat almaq məqsədilə Twitter serverinin yoxlanılması üçün Federal Təhlükəsizlik Bürosuna rəsmi sorğu göndərib.
Müəyyən olunub ki, cinayət zamanı bir neçə Çin IP-ünvanından istifadə edilib. Lakin bu fakt Koreya Xalq Respublikasının kiberhücumda iştirakını sübut etmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.