ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalovanın “Jurnalistikada süni intellekt texnologiyalarının rolu” (The Role of Artificial Intelligence Technologies in Journalism) adlı məqaləsi “Ağıllı Mühit və Yaşıl Texnologiyalar” (International Conference on Smart Environment and Green Technologies – ICSEGT2024) mövzusunda keçirilən beynəlxalq konfransın materiallarında işıq üzü görüb.
Məruzədə süni intellekt texnologiyalarının jurnalistikaya tətbiqi ilə bağlı mövcud vəziyyət və jurnalistikanın yeni yaranan media tendensiyalarına inteqrasiyası məsələləri araşdırılıb. Süni intellektli çatbotlar, sentiment analiz və ChatGPT barədə ətraflı məlumat verilib. Qaydalarla idarə olunan və süni intellektli çatbotların müqayisəli analizi aparılıb. Həmçinin jurnalistikada çatbotlardan istifadənin üstünlükləri araşdırılıb və ChatGPT-ni digər çatbotlardan fərqləndirən xüsusiyyətlər və bu sahədəki mövcud problemlər müəyyən olunub.
Qeyd edək ki, ICSEGT2024 konfransına qəbul olunmuş məqalələr nüfuzlu Springer bazasına daxil olan kitab seriyasında da dərc olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.