Doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları keçirilir

06 Fevral 2014 - 04:51 | Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yanvarın 15-dən etibarən doktorant və dissertantların informatika fənni üzrə namizədlik imtahanları keçirilir. 

Öncə institutda imtahanlara hazırlıq məqsədi ilə doktorant və dissertantlar üçün sınaq imtahanları keçirilmiş, burada elmi tədqiqatçılara ümumi qaydalar haqqında zəruri məlumatlar verilmişdir. 

Qeyd edək ki, AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə namizədlik imtahanları ötən ilin iyun ayından başlayaraq elektron test üsulu ilə keçirilir. Bu sessiyada ümumilikdə 500 nəfərin imtahan verəcəyi gözlənilir. 

İmtahanlar yanvarın 27-dək davam edəcək.