İnstitutun həmtəşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

17 Oktyabr 2024 - 14:55 | Elanlar
İnstitutun həmtəşkilatçılığı ilə “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

4-5 dekabr 2024-cü il tarixlərində Azərbaycan Texniki Universitetində “İnfokommunikasiya sistemləri və süni intellekt texnologiyaları” mövzusunda II beynəlxalq elmi-texniki konfrans keçiriləcək.

Tədbirin təşkilatçıları Azərbaycan Texniki Universiteti, AR ETN İnformasiya Texnologiyaları İnstitutu, ETN İdarəetmə Sistemləri İnstitutu, Milli Müdafiə Universiteti (Azərbaycan), Milli Aerokosmik Agentliyi (Azərbaycan), İstanbul Texniki Universiteti, Ukraynanın Milli Texniki Universitetinin “Xarkov Politexnik İnstitutu” və Türkiyənin Qazi Universitetidir.

Beynəlxalq elmi-texniki konfransın keçirilməsində əsas məqsəd telekommunikasiya və idarəetmə sistemlərinin, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlərinin Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun effektiv inkişafının təmin edilməsi ilə əlaqədar xidmət sferasının, elm, təhsil və tədqiqat sahələrinin vahid informasiya infrastruktunun tələblərinə uyğun yaradlması və bu sektorların IV Sənaye İnqlabının əsas prinsipləri bazasında effektivliyinin yüksəldilməsini təmin edən, elmi və texniki zəmin yaradan perspektiv şəbəkə konsepsiyalarının, rəqəmsal, kvant və intellektual texnologiyaların formalaşdırılmasıdır.

Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev elmi-texniki konfransın proqram komitəsinə üzv seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.