Sentyabrın 25-də İtaliyanın Turin şəhərində İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 18-ci IEEE beynəlxalq konfransı (AICT 2024) öz işinə başlayıb.
Tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən alim və mütəxəssisləri bir araya gətirməkdir. Üç gün davam edəcək konfrans ADA Universiteti, Corc Vaşinqton Universiteti (ABŞ), Turin Politexnik Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə keçirilir.
“AICT2024” Data Science; Big Data mühəndisliyi; maşın təlimi və digər süni intellekt metodları; proqram mühəndisliyi; kibertəhlükəsizlik; kommunikasiya, şəbəkə və avadanlıqlar; siqnalların emalı; biznes, idarəetmə və iqtisadiyyatda İKT; elm və təhsildə İKT; tibb və səhiyyədə İKT və s. kimi mövzuları əhatə edir.
Qeyd edək ki, konfransda İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da məruzələrlə çıxış edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.