İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Elşən Bağırovun müəllifi olduğu “A Comprehensive Investigation into Robust Malware Detection with Explainable AI” (“İzahediləbilən süni intellekt ilə dayanıqlı zərərli proqram aşkarlama metoduna dair kompleks tədqiqat”) adlı eksperimental məqalə nüfuzlu “Cyber Security and Applications” jurnalında çap olunub.
Məqalədə zərərli proqramların aşkarlanması üçün tətbiq edilən maşın öyrənmə metodlarının yüksək performansına baxmayaraq izaholunma qabiliyyətinin az olması, kibertəhlükəsizlik üzrə ekspertlərin modelin etibarlılığını qiymətləndirməkdə çətinlik çəkməsi əsas tədqiqat obyekti kimi qeyd olunmuşdur.
Bu işdə problemin həlli üçün çoxsinifli verilənlər toplusundan istifadə etməklə bir neçə maşın öyrənmə metodları tətbiq edilmişdir. Yüksək nəticə göstərən metodun izaholunma xüsusiyyətlərini aşkara çıxarmaq üçün “explainable AI” metodlarından istifadə olunmuşdur. Həmçinin əldə olunan nəticələr əsasında zərərli proqramların aşkarlanması modelinin qərar qəbuluna təsir edən əsas faktorları şərh edilmişdir.
Qeyd edək ki, “Cyber Security and Applications” jurnalı “Scopus”, “EBSCOhost”, "DOAJ" və “DBLP” beynəlxalq elmi bazalarında indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.