"Samsung" şirkətinin "Look At Me" adlı yeni proqramı autizm xəstəliyindən əziyyət çəkən uşaqlara ətrafdakı insanlarla rahat ünsiyyətdə olmağı öyrədəcək. Qeyd edək ki, həmin uşaqlar yaşıdları və doğmaları ilə söhbət etməkdən çəkinirlər.
hitech.newsru.com saytının məlumatında bildirilir ki, həkimlər və alimlərin iştirakı ilə hazırlanmış proqram uşaqlara göz təması qurmağı, həmçinin ətrafındakı insanların mimika və emosiyalarını anlamağı oyun formasında öyrətmək üçün nəzərdə tutulub.
Məsələn, uşaq anasının şəklini çəkdikdə proqram ona şəxsin emosiyalarını üzündə əks etdirməyə kömək edəcək. "Look At Me", həmçinin uşaqlara öz hisslərini sərbəst ifadə etməyi öyrənməyə imkan verir.
"TechCrunch"-un apardığı sınağın nəticələrinə görə, səkkiz həftə ərzində bu prosesdə iştirak etmiş uşaqların 60%-i daha yaxşı göz təması qurmağı öyrənib.
“YouTube”a yerləşdirilmiş videogörüntüyə əsasən, "Look At Me" proqramının sınaq iştirakçılarından biri 11 yaşlı Conq-Xıun Kin ətrafdakıların gözünə baxmağı öyrənməklə yanaşı, ünsiyyət bacarığını da əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.