“Intel” korporasiyası International CES 2015 sərgisi çərçivəsində çıxış edəcəyi təqdimatın mövzusunu açıqlayıb. Sərgidə əsas mövzulardan biri müasir dövrdə getdikcə daha böyük populyarlıq qazanan və eyni zamanda vüsət alan daşınan qurğularla bağlı olacaq.
Bundan əlavə, yeni nəsil intellektual və robotlaşdırılmış sistemlə əlaqədar məsələlərə də toxunulacaq. Burada “Intel” çox güman ki, süni ağıl sahəsindəki son yeniliklər haqqında məlumat verəcək.
Və nəhayət, “Intel” kompüterləri naqillərdən maksimum azad edəcək yeniliklərdən də danışacaq. 3dnews.ru saytının məlumatına görə, söhbət enerjinin naqilsiz ötürülməsi vasitələrindən, həmçinin kontentin fərdi kompüterdən monitora naqilsiz üsulla yayımını nəzərdə tutan Wire-Free konsepsiyasından gedir.
Qeyd edək ki, CES 2015 sərgisi 6-9 yanvar Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.