Son zamanlar stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatının təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür. Belə ki, 1 yanvar 2015-ci il tarixdən etibarən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı” moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək.
Eyni zamanda gün ərzində daxil olunan məlumatın çap edilərək arxivləşdirilməsi təmin ediləcək. Bu məqsədlə 25 dekabr tarixinədək müvafiq tibbi heyətə təlimlər keçirilir.
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən göstərilir.