Azərbaycanda demoqrafik vəziyyətin təhlili məsələlərinə həsr olunmuş məqalə “Scopus” beynəlxalq elmi bazasına daxil olan jurnalda nəşr olunub

04 Mart 2024 - 09:39 | Yeni nəşrlər
Azərbaycanda demoqrafik vəziyyətin təhlili məsələlərinə həsr olunmuş məqalə “Scopus” beynəlxalq elmi bazasına daxil olan jurnalda nəşr olunub

İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının həmmüəllifliyi ilə çap edilmiş “Azərbaycan Respublikasında demoqrafik vəziyyətin təhlili: ölkə üçün çağırışlar və imkanlar” (“Analysis of the demographic situation in the Republic of Azerbaijan: challenges and opportunities for the country”, DOI: http://doi.org/10.1504/EG.2024.136982) adlı məqalə nüfuzlu “Electronic Government” jurnalında dərc olunub.

Məqalənin müəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev və baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatdır.

Məqalədə qeyd olunur ki, əhalinin sayında və yaş strukturunda baş verən dəyişikliklər bütün dünyada ciddi iqtisadi, sosial və geosiyasi nəticələrə səbəb olur. Tədqiqatda Azərbaycan Respublikasının mövcud demoqrafik vəziyyəti təhlil edilir. Ölüm və doğum səviyyəsi, nikah və boşanmaların balanssızlığı, miqrasiyanın səviyyəsi ilə bağlı analizlər aparılıb. Eyni zamanda demoqrafik keçid nəzəriyyəsi əsasında son illərdə əhalinin dinamikasında baş verən dəyişikliklər məsələlərinə baxılıb.

Qeyd edək ki, “Electronic Government” jurnalı “Scopus” və “DOAJ” beynəlxalq elmi bazalarında indeksləşir və aşağıdakı elmmetrik göstəricilərə malikdir:

CiteScore: 2.7

SCImago Journal Rank (SJR): 0.351

Source Normalized Impact per Paper (SNIP): 0.599

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.