Azərbaycanın İKT sektorunda 1,5 milyard manatlıq xidmət göstərilib

17 Dekabr 2014 - 11:12 | Mühüm hadisələr
Azərbaycanın İKT sektorunda 1,5 milyard manatlıq xidmət göstərilib

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar-noyabr aylarında təsərrüfat subyektlərinə və əhaliyə 1,5 milyard manatlıq xidmət göstərilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin  müqayisəli qiymətlərlə həcmi 14,2 faiz artıb. Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,5 faiz təşkil edib.