Qeyri-adi qolbaq sahibinin qolunda smartfonun ekranının əks olunmasına imkan verəcək

16 Dekabr 2014 - 10:24 | Texnoloji yeniliklər
Qeyri-adi qolbaq sahibinin qolunda smartfonun ekranının əks olunmasına imkan verəcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Son zamanlar daşınan elektronika istehsalçıları smartfonları tamamlayan və ya qismən əvəz etməyə qabil olan “ağıllı” saat və qolbaqların müxtəlif variantlarını təqdim ediblər. Lakin “Cicret” şirkətinin hazırladığı qolbaq istifadəçilərə smartfonu əldə daha az gəzdirməyə imkan verir. 

Qurğunun ideyası ondan ibarətdir ki, qolbaq mini-proyektorun və bir neçə sensorun köməyilə smartfonun ekranını istifadəçinin qolunun dərisində əks etdirə və naqilsiz rabitənin köməyilə bütün lazımi komandaları ötürə bilir. Qolbaq həmçinin USB portu və akselerometrlə təchiz olunub.

Şirkət təsisçilərindən birinin dediyinə görə, “Cicret” qolbağı hələ ki, işlənmə mərhələsindədir. Onun işlək prototipi isə bir neçə həftədən sonra nümayiş olunacaq. Qurğunun artıq gələn ildən bazara çıxarılacağı gözlənilir.  

 “Cicret”in təxmini qiyməti 470 dollar olacaq. Qolbaq 10 rəngdə təqdim ediləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.