İnstitutun həmtəşkilatçılığı ilə “XII Milli Superkompüter Forumu” keçiriləcək

04 Oktyabr 2023 - 08:56 | Elanlar

28 noyabr – 1 dekabr 2023-cü il tarixlərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “XII Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2023) keçiriləcək.

Hibrid formatda baş tutacaq “НСКФ-2023” Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və İnformasiya Texnologiyaları Bölməsinin dəstəyi ilə keçirilir. Forum superkompüter texnologiyalarının yaradılması və tətbiqi təcrübəsi məsələlərinə həsr olunub.

Tədbir çərçivəsində ümumrusiya elmi-praktik konfransı və sərginin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Rusiyada superkompüter sahəsində ən əhəmiyyətli tədbirlərdən biri hesab olunan “НСКФ-2023” Rusiya Elmlər Akademiyasının A.K Aylamazyan adına Proqram Sistemləri İnstitutunda ənənəvi olaraq hər ilin noyabr ayının son həftəsində keçirilir. 

“XII Milli Superkompüter Forumu” haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nscf.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.