23-25 aprel 2024-cü il tarixlərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnformasiya texnologiyaları və onların tətbiqi” (2th International Conference on Information Technologies and Their Applications, ITTA 2024 ) mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M. Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutudur.
İki gün davam edəcək tədbirin əsas məqsədi informasiya texnologiyaları və onların müxtəlif sahələrdə tətbiqi istiqamətində aparılan tədqiqatların nəticələrini müzakirə etməkdir.
Konfransın əsas istiqamətləri aşağıdakılardır:
– İnşaat və memarlıqda informasiya texnologiyaları
– Süni intellekt və onun tətbiqləri
– Böyük verilənlərin emalı problemləri və üsulları
– Paralel hesablama
– Siqnalın işlənməsi problemləri və üsulları
– Mürəkkəb obyektlərin və proseslərin idarə edilməsində informasiya texnologiyaları
– “Ağıllı” idarəetmə sistemləri
– İntellektual informasiya sistemləri
– Kompüter şəbəkələri və kibertəhlükəsizlik məsələləri
– Təhsildə informasiya texnologiyalarının tətbiqi
Mühüm tarixlər:
Konfrans iştirakçılarının qeydiyyatı: 5 oktyabr 2023-cü il
Məqalələrin qeydiyyatı (başlıq və xülasənin göndərilməsi): 15 oktyabr 2023-cü il
Məqalələrin tam mətninin qəbulu: 1 noyabr 2023-cü il
Qeyd edək ki, konfrans materiallarının beynəlxalq bazalara daxil olan nüfuzlu elmi jurnallarda nəşr olunması nəzərdə tutulur.
Daha ətraflı məlumat əldə etmək üçün konfransın rəsmi saytına (https://itta.cyber.az/index.html) keçid etmək lazımdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.