“Facebook”da “dislike” düyməsi olmayacaq

12 Dekabr 2014 - 16:23 | Maraqlı məlumatlar
“Facebook”da “dislike” düyməsi olmayacaq

Facebook” şirkətinin yaradıcısı və icraçı direktoru Mark Zukerberq sosial şəbəkənin ünsiyyət alətləri arasında “dislike” düyməsinin yaradılmasına qarşı çıxıb. O, bu haqda şirkətin Menlo-Park şəhərində yerləşən qərargahında keçirilən mətbuat konfransı zamanı açıqlama verib.

“Bir çoxları “dislike” düyməsinin yaradılmasını zəruri hesab etsə də, biz bu haqda çox düşündük və qərara gəldik ki, bu düymə yaradılmayacaq. Mən düşünmürəm ki, “dislike” düyməsi əhəmiyyət kəsb edir və ya sosial şəbəkə cəmiyyətinə fayda gətirəcək. Siz istənilən postun altında şərh yaza bilərsiniz" –deyə Zukerberq fikrini əsaslandırıb.
 
Məlumat üçün bildirək ki, “Facebook” dünyanın 190,3 milyard kapitallaşmaya malik ən böyük sosial şəbəkəsidir. Aylıq auditoriyası 1,19 milyard istifadəçi təşkil edir. 2013-cü ilin nəticəsinə görə, sosial şəbəkənin mədaxili 7,87, xalis mənfəəti isə 1,5 milyard dollar olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.