"Facebook" şəbəkənin yazı tarixində axtarış sistemini təkmilləşdirmək qərarına gəlib. Bildirilir ki, artıq istifadəçilər sürətli axtarış funksiyasını əldə edə biləcəklər.
www.gazeta.ru saytının məlumatına görə, istifadəçi axtarış sətrində hər hansı sözü daxil edərək, onunla bağlı təkcə məşhur hesabları deyil, həm də dostlarının bu barədə qeydlərini görə biləcəklər.
Yenilənmiş sistem həm kompüter, həm də mobil proqram istifadəçiləri üçün əlçatan olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.