İnstitutun aparıcı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib

10 Aprel 2023 - 14:53 | Mühüm hadisələr
İnstitutun aparıcı elmi işçisinin nüfuzlu “Applied Energy” jurnalı ilə əməkdaşlığı yüksək qiymətləndirilib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat elmi ekspertiza fəaliyyətinə görə “Applied Energy” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatına layiq görülüb.

“Elsevier” nəşriyyatında çap olunan yüksək impakt faktorlu jurnal enerjinin çevrilməsi və saxlanması, enerji resurslarından optimal istifadə, enerji proseslərinin analizi və optimallaşdırılması, ətraf mühitin çirklənməsinin azaldılması və dayanıqlı enerji sistemləri sahəsində innovasiya və araşdırmalar barədə informasiyanın təqdim olunması üçün forum rolunu oynayır. Nüfuzlu nəşrdə orijinal məqalələr, texniki qeydlər və redaksiyaya məktublar dərc olunur. Jurnalın mövzusu innovativ texnologiyalar və bərpa olunan enerji mənbələrindən tutmuş, enerjidən ətraf mühitə təsirsiz və ya az təsirli istifadəyə qədər sahələri əhatə edir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 11.446

5-Year Impact Factor: 11.268

Source Normalized Impact per Paper (SNIP): 2.652

CiteScore: 20.4

SCImago Journal Rank (SJR): 3.062

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.