İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin istehsalat təcrübəsinə start verilib.
BDU-nun “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin “Kompüter elmləri” ixtisası üzrə təhsil alan IV kurs tələbələri 16 mart 2023-cü il tarixindən etibarən İnformasiya Texnologiyaları İnstitutunun müvafiq struktur bölmələrində təcrübəyə başlayıblar.
Təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və s. kimi nəzəri və texnoloji biliklər aşılanacaq.
Qeyd edək ki, iyul ayının 5-dək davam edəcək istehsalat təcrübəsi BDU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında mövcud olan əməkdaşlıq əsasında həyata keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.