Alimlər saniyədə 100 milyard kadr çəkə bilən kameranı təqdim ediblər

08 Dekabr 2014 - 14:18 | Texnoloji yeniliklər
Alimlər saniyədə 100 milyard kadr çəkə bilən  kameranı təqdim ediblər

Vaşinqtonun Sent-Luis Universitetinin bir qrup alimi saniyədə 100 milyard kadr çəkən kamera hazırlayıb ki, bu da qurğuya işıq şüasının hərəkətini "tutmağa" imkan verir. Məlumatı Geek Times portalı yayıb.

Tədqiqat qrupunun rəhbəri Lixonq Vanqın sözlərinə görə, yeni kameranın köməyilə alimlər işıq impulsunu "görə biləcəklər". Vanq, eyni zamanda ümid edir ki, onun komandasının bu ixtirası elmdə mühüm kəşflər və yeni nailiyyətlərin əldə olunmasına kömək edəcək.

Sistemin başlıca elementi kiçik ölçülü mikroşəffaf rəqəmsal qurğudan ibarətdir. Bu qurğu milyondan çox mikroskopik güzgünü əks etdirir. (hər bir güzgünun ölçüsü təqribən 7 mikrondur). İşıq dəstəsi mikroşəffaf qurğuya uzun boru vasitəsilə ötürülür. Boru təsviri kodlaşdırır, işıq şüasını əks etdirir və fotonlar kamera kəsiyinə düşür.

Sonra fotonlar iki elektroda bölünərək elektronlara çevrilirlər. Elektrodlarda gərginlik artır və nəticədə elektronlar müxtəlif vaxtda fərqli mövqelərə düşür. Sonda məlumatlar fərdi kompüterə ötürülmək üçün qurğuya köçürülür. Kompüter informasiyanı təhlil edir və təsvirləri formalaşdırır. Bir çəkiliş dövrünün müddəti 5 nanosaniyə təşkil edir.

Tədqiqatçılar güman edirlər ki, onların hazırladıqları kamera müxtəlif sahələrdə, məsələn, orbital teleskoplar vasitəsilə əldə olunan görüntülərin emalı üçün tətbiqi oluna bilər.

Qeyd edək ki, gələn ilin avqust ayında yaponiyalı alimlər saniyədə 1 trilyon çəkiliş edə bilən kamera hazırlamaq niyyətindədirlər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.