İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər araşdırılır

06 Fervral 2014 - 11:31 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən şöbələrin illik hesabat iclaslarında Səyyar Abdullayev rəhbərlik etdiyi 5 saylı şöbənin hesabatında informasiya texnologiyaları üzrə ən müasir terminlərin toplanması və sistemləşdirilməsi ilə bağlı görülən işlər haqqında məlumat verib. 

Bildirib ki, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin araşdırılmasında müvafiq sahə ilə bağlı jurnal və konfrans materialları ilə yanaşı, həm də beynəlxalq elmi bazalardan, elektron kitabxanalardan istifadə olunmuşdur. 

Çıxışını elmi-innovasiya və praktiki fəaliyyət haqqında məlumatlarla davam etdirən S.Abdullayev şöbə əməkdaşlarının bir sıra beynəlxalq və respublika səviyyəli tədbirlərin təşkili işlərində fəal iştirakından söz açıb. 

Elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşr olunması, elmi praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili haqqında məlumat verərək, şöbənin elmi-təşkilati fəaliyyətini diqqətə çatdırıb. 

Hesabat Elmi şura tərəfindən qənaətbəxş qiymətləndirilərək qəbul olunub.