AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatı zamanı bu barədə məlumat verib.
Akademik AMEA-nın müvafiq elmi müəssisələri, eləcə də ölkənin bir neçə ali məktəbi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu əməkdaşlıq çərçivəsində institutun dəstəyilə İnternet folklorun formalaşması, milli transliterasiya və milli onomastika, intellektual e-kitabxanaların yaranması, Azərbaycanda informatikanın formalaşması tarixinin araşdırılması, süni intellektə əsaslanan jurnalistikanın formalaşması, İKT-nin riyaziyyat və fizika fənlərinin tədrisində tətbiqi və s. mövzularda multidissiplinar tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, institutda sosial medianın konvergensiyası, sosial media resurslarının monitorinqi və qiymətləndirilməsi, tədrisdə kompüter oyunlarının tətbiqi problemləri ilə bağlı aparılan tədqiqatlar da multidissiplinar xarakter daşıyır.
“Əsas məqsədimiz humanitar-sosial elmlər sahəsində aparılan araşdırmalara İKT dəstəyi verməkdir”, – deyən akademik institutun hər bir şöbəsinin müvafiq istiqamətlərdə həyata keçirilən tədqiqatlarda fəal iştirak etdiklərini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.