30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

30 Noyabr 2022 - 09:12 | Mühüm hadisələr
30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 34 ildir ki, bütün dünyada qeyd olunur. 1988-ci ildə ABŞ-ın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan edib.

Təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.

Həmin ilin noyabr ayının 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.