“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” ölkə başçısının Fərmanında dəyişiklik edilib

26 Noyabr 2022 - 18:00 | Rəsmi xronika
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” ölkə başçısının Fərmanında dəyişiklik edilib

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1020) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” üzrə:

1.1. 2.7.1-ci yarımbənddən “iddia olunan” sözləri çıxarılsın;

1.2. 2.7.2-ci yarımbəndə “ingilis” sözündən əvvəl “dissertasiyanı Azərbaycan və ya rus dillərində yazan və müdafiə edən iddiaçılar üçün” sözləri əlavə edilsin;

1.3. 2.7.3-cü yarımbəndə “əcnəbi” sözündən əvvəl “dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən” sözləri əlavə edilsin;

1.4. 2.13-cü bənddə “iddiaçısının hazırladığı” sözləri “iddiaçılarının hazırladıqları” sözləri ilə əvəz edilsin;

1.5. 2.17-ci bənddən “ikisi həmmüəllifsiz olmaqla” sözləri çıxarılsın;

1.6. 2.18-ci bənddən “beşi həmmüəllifsiz olmaqla” sözləri çıxarılsın;

1.7. 3.5.1-ci yarımbəndə “aktuallığı,” sözündən sonra “predmeti,” sözü əlavə edilsin;

1.8. 3.11-ci və 3.17-ci bəndlərə “Azərbaycan” sözündən sonra “, ingilis” sözü əlavə edilsin;

1.9. aşağıdakı məzmunda 3.18-1-ci bənd əlavə edilsin:

“3.18-1. Avtoreferat ingilis dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30-dan çox olmamaqla) Azərbaycan dilində nüsxələri çap edilir.”;

1.10. 4.8-ci bəndin birinci abzasında “üç” sözü “iki” sözü ilə, “beş” sözü “dörd” sözü ilə əvəz edilsin;

1.11. 5.1-ci bənddən “, iddiaçının seçiminə uyğun olaraq,” sözləri çıxarılsın;

1.12. 5.30-cu bənddən ikinci və üçüncü hallarda “dissertasiya və” sözləri çıxarılsın;

1.13. 5.34-cü bəndə “üzvləri” sözündən sonra vergül işarəsi, “elmi katibləri,” sözlərindən sonra “elmi seminarların sədrləri,” sözləri əlavə edilsin;

1.14. 5.43-cü bənddə “üç” sözü “iki” sözü ilə, ikinci halda “beş” sözü “dörd” sözü ilə əvəz edilsin;

1.15. 5.52-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.52. Gizli səsvermə zamanı dissertasiya şurasının iclasında iştirak edən müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurasının üzvləri və dissertasiya şurasının digər üzvləri forması Komissiya tərəfindən müəyyən edilən bülletenlər vasitəsilə səs verirlər.”;

1.16. 5.53-cü bənddə “şura” sözü “iclasda iştirak edən dissertasiya şurası” sözləri ilə əvəz olunsun və həmin bəndə “dissertasiya şurasının” sözlərindən sonra “iclasda iştirak edən” sözləri əlavə edilsin;

1.17. 5.54-cü bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hesablama komissiyasının protokolunda əvvəl müdafiənin keçirildiyi ixtisas üzrə dissertasiya şurası üzvlərinin səsverməsinin nəticəsi, sonra dissertasiya şurasının digər üzvlərinin səsverməsinin nəticəsi göstərilir.”;

1.18. 6.2-ci bəndin birinci cümləsinə birinci halda “Azərbaycan” sözündən sonra “, ingilis” sözü əlavə edilsin;

1.19. 6.5-ci bənddə “onu vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır” sözləri “iddiaçıya elmi dərəcə verilməsindən imtina barədə qərar qəbul edir” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” üzrə:

2.1. 1.3-cü bəndə birinci halda “iddiaçılara” sözündən sonra “elmi dərəcənin verildiyi elm sahəsində” sözləri əlavə edilsin;

2.2. 2.1-ci, 3.1-ci və 3.6-cı bəndlərdə “təşkilatların” sözləri “təşkilatlarda” sözləri ilə əvəz olunsun və birinci halda “direktor” sözündən sonra “(rəhbər)” sözü əlavə edilsin;

2.3. 2.3-cü, 2.6-cı, 3.3-cü və 3.9-cu bəndlərdən “, əməkdar mədəniyyət işçisi” sözləri çıxarılsın;

2.4. 2.6.1-ci yarımbənddən hər iki halda “əməkdar mədəniyyət işçisi və ya” sözləri çıxarılsın;

2.5. 2.6.6.1-ci və 2.8.6.1-ci yarımbəndlərdən “(azı ikisi həmmüəllifsiz)” sözləri çıxarılsın;

2.6. 3.1.5.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.5.3-cü və 3.1.5.4-cü yarımbəndlər əlavə edilsin:

“3.1.5.3. iddiaçı müvafiq ixtisas üzrə xaricdə siyahısı Komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda həmmüəllifsiz monoqrafiya (xarici dildə, elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə çapa tövsiyə edilməli, fəlsəfə doktoru dissertasiyasını təkrarlamamalı və həcmi dörd yüz min işarədən az olmamalı) nəşr etdirməlidir (bu halda bu Əsasnamənin 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş monoqrafiyanın nəşr etdirilməsi tələb olunmur);

3.1.5.4. iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).”;

2.7. 3.6.3-cü və 3.7.3-cü yarımbəndlərə “xaricdə” sözündən sonra “siyahısı Komissiya tərəfindən müəyyən edilən akademik nəşriyyatlarda” sözləri əlavə edilsin;

2.8. 3.6.5.1-ci və 3.7.6.1-ci yarımbəndlərdən “(o cümlədən azı üçü həmmüəllifsiz)” və “(o cümlədən azı beşi həmmüəllifsiz)” sözləri çıxarılsın;

2.9. 3.6.5.2-ci və 3.7.6.2-ci yarımbəndlərdən “(o cümlədən azı ikisi həmmüəllifsiz)” və “(o cümlədən azı üçü həmmüəllifsiz)” sözləri çıxarılsın;

2.10. 3.6.5.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.6.5.3-cü yarımbənd əlavə edilsin:

“3.6.5.3. iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).”;

2.11. 3.7.6.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.7.6.3-cü yarımbənd əlavə edilsin:

“3.7.6.3. iddiaçının siyahısı Komissiya tərəfindən müəyyən edilən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində (bazalarında) H-indeksi humanitar və ictimai elmlər üzrə azı beş, dəqiq və təbiət elmləri üzrə azı on olmalıdır (özünə istinadlar istisna olmaqla).”;

2.12. 3.12.5-ci, 3.13.4-cü və 3.14.5-ci yarımbəndlərdən “(azı ikisi həmmüəllifsiz)” sözləri çıxarılsın;

2.13. 5.7-ci bənddə “onu vəsatət qaldıran elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə və ya müdafiənin keçirildiyi dissertasiya şurasına qaytarır” sözləri “iddiaçıya elmi ad verilməsindən imtina barədə qərar qəbul edir” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2022-ci il

president.az