Rəqəmsal texnoloji innovasiyalar iqtisadiyyatının inklüziv inkişafının kiberdayanıqlığı tədqiq olunur

24 Noyabr 2022 - 09:37 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 6 saylı şöbənin 2022-ci il üzrə hesabatı müzakirə olundu.

Hesabatı təqdim edən şöbə rəhbəri, iqtisad elmləri doktoru Əlövsət Əliyev şöbənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi-ekspertiza, elmi-pedaqoji fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmmetrik göstəricilər və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Ə.Əliyev əvvəlcə şöbənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi. Məruzəçi cari ildə tədqiqatların qlobal rəqəmsal transformasiya kontekstində milli iqtisadiyyatın kiberdayanıqlılığının yüksəldilməsi  problemlərinin tədqiqi,  İKT əsasında yeni rəqəmsal iqtisadiyyat sektorlarınınformalaşması və  inkişafı  problemlərinin araşdırılması, informasiya və bilik iqtisadiyyatının İKT əsasında effektiv inkişafının elmi-nəzəri  problemlərinin tədqiqi və onların həlli üzrə metodların, modellərin, mexanizmlərin və vasitələrin işlənilməsi, innovasiyalı müəssisələrin fəaliyyətinin 4.0 Sənaye platformasında səmərəli idarə olunması metodlarının işlənilməsi istiqamətləri üzrə aparıldığını bildirdi.

O, işğaldan azad edilmiş ərazilərdə rəqəmsal texnologiyaların tətbiqi və innovasiya infrastrukturunun formalaşması problemlərinin tədqiqi, rəqəmsal iqtisadiyyatın formalaşmasında kriptovalyuta və blokçeyn texnologiyalarının tətbiqi problemlərinin təhlili və onların iqtisadi inkişafa təsirinin araşdırılması, rəqəmsal iqtisadiyyatın yaşıllaşdırılması problemlərinin tədqiqi, həll metodlarının işlənilməsi və inkişaf səviyyəsinin qiymətləndirilməsi, rəqəmsal iqtisadiyyatın kiber dayanıqlılığının təmin olunması problemlərinin tədqiqi və həlli metodlarının işlənilməsi mövzuları üzrə şöbədə yerinə yetirilən tədqiqatlar haqqında ətraflı məlumat verdi.

Şöbə müdiri İKT əsaslı yeni rəqəmsal iqtisadiyyat sektorlarının makro səviyyədə formalaşması tendensiyaları və inkişaf xüsusiyyətlərinin tədqiqi, rəqəmsal iqtisadiyyatın Big Data və bulud sektorlarının formalaşması xüsusiyyətləri və  inkişafı problemlərinin araşdırılması, mobil texnologiyalar və sistemlərin inkişafı problemlərinin araşdırılması üzrə alınan nəticələri də təqdim etdi.

O, institutda elektron kommersiya sistemlərinin formalaşması və tətbiqi problemlərin tədqiqi və onların Sənaye 4.0 platformasında iqtisadi effektivliyinin yüksəldilməsi ilə bağlı metodların işlənildiyini, e-kommersiya sistemlərinin inkişaf mərhələlərinin, spesifik xüsusiyyətlərinin və fəaliyyətinin səmərəliliyinin tədqiq olunduğunu, müasir elektron kommersiya platformaları və onların texnoloji xüsusiyyətlərinin, e-kommersiya sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübənin araşdırıldığını və mövcud problemlərin aşkarlandığı da qeyd etdi.

Ə.Əliyev  informasiya, bilik, rəqəmsal  iqtisadiyyatın və  İKT sferasının  formalaşması və  idarə olunması sahəsində çoxişlənilən termin və anlayışların izahlı lüğətinin işlənilməsi, İKT sferasında çoxişlənilən termin və anlayışların adlarının toplanılması, seçilməsi, təhlili və ilkin sözlüyün  hazırlanması istiqamətində işlərin görüldüyünü  diqqətə çatdırdı.

Məruzəçi innovativ müəssisələrin iqtisadi səmərəliliyinin yüksəldilməsində onun informasiya təminatının rəqəmsal əkiz texnologiyaları əsasında konseptual modelinin işlənildiyini, İKT əsaslı innovativ müəssisələrin inkişaf mərhələlərinin və spesifik xüsusiyyətlərinin araşdırıldığını, onların effektiv fəaliyyəti üzrə xarici təcrübənin təhlil olunduğunu bildirdi, İKT əsaslı innovasiya müəssisələrində məhsul istehsalı fəaliyyətinin elmi-nəzəri əsaslarının təhlili və problemlərin aşkarlanması mövzuları üzrə aparılan tədqiqatları diqqətə çatdırdı, onların nəticələri barədə məlumat verdi.

Şöbə müdiri şöbədə aparılan elmi-tədqiqat istiqamətləri ilə bağlı araşdırmaların nəticələrinin beynəlxalq, respublika səviyyəli konfrans və jurnallarda öz əksini tapdığını diqqətə çatdırdı.

Ə.Əliyev şöbənin elmi-innovasiya fəaliyyəti haqqında da ətraflı məlumat verdi. O, “Rəqəmsal və texnoloji innovasiyalar iqtisadiyyatının formalaşması: Problemlər, vəzifələr və perspektivlər” mövzusunda respublika multidisiplinar elmi praktiki konfransının qarşıdakı illərdə keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq işlərinin yerinə yetirildiyini qeyd etdi. 

Şöbə rəhbəri dövlət proqramlarında və Strateji Yol Xəritəsində institutun rəqəmsal iqtisadiyyat və innovasiya fəaliyyəti ilə əlaqədar müvafiq bəndlərin icrasında iştirak edildiyini, 2023-2025-ci illərdə müxtəlif qrant layihələrində iştirak üzrə ilkin mövzuların təqdim olunduğunu, dissertasiya işlərinə, avtoreferatlara, institutun jurnallarında çap olunan məqalələrə rəylərin verildiyini, “Rəqəmsal iqtisadiyyatda şəffaflıq” kitabına rəy verildiyini bildirdi.

Məruzəçi AMEA və TÜBİTAK arasında layihə müsabiqəsinə “İKT yönümlü Milli İnnovasiya Sisteminin infrastrukturunun formalaşmasının konseptual əsaslarının işlənilməsi”, “Rəqəmsal innovasiyalar əsasında elmi-texnoloji tutumlu müəssisələrin fəaliyyət səmərəliliyinin yüksəldilməsi mexanizmlərinin işlənilməsi”, “Avropa Vahid Rəqəmsal Bazarına inteqrasiya problemlərinin həlli mexanizmlərinin işlənilməsi” istiqamətləri üzrə müvafiq mövzuların təqdim edildiyini nəzərə çatdırdı.

Ə.Əliyev cari ildə beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda 12 konfrans materialının, beynəlxalq və respublika səviyyəli elmi jurnallarda 10-dan çox məqalənin çap olunduğunu, müxtəlif təyinatlı kitabçaların və kitabların hazırlandığını bildirdi.  

Şöbə rəhbəri Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbi, Türkiyə Cümhuriyyəti Ege və Yıldız Texniki Universitetiiləelmi-praktiki və metodiki əlaqələrin qurulması ilə bağlı işlərin görülməsində iştirak edildiyini də qeyd etdi.

Ə.Əliyev şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində 4 magistranta, 3 dissertanta rəhbərlik edildiyini vurğuladı. O, həmçinin şöbənin elmi-təşkilati fəaliyyəti, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da ətraflı məlumat verdi.

Məruzəçi perspektiv elmi-tədqiqat istiqamətləri haqqında geniş məlumat verərək Azərbaycanın Avropa Vahid Rəqəmsal Bazarına inteqrasiyası problemləri, yaşıl iqtisadiyyat, yaşıl transformasiya, cəmiyyətin yaşıllaşdırılması və inklüziv inkişafı, innovasiyalı müəssisələrin Sənaye 4.0 platformasında rəqəmsallaşdırılması problemləri, postkonfilikt ərazilərdə rəqəmsal texnologiyaların tətbiqi və innovasiya infrastrukturunun formalaşması problemlərinin tədqiqi və s. mövzular üzrə elmi-tədqiqatların növbəti ildə aparılmasının nəzərdə tutulduğunu bildirdi.  

Mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək növbəti ildə Sənaye 4.0 platformasının rəqəmsal texnologiyaları, süni intellekt, Big Data, mobil, bulud, Əşyaların İnterneti texnologiyaları iqtisadiyyatının inkişafı problemlərinin araşdırılması üzrə daha geniş elmi tədqiqatların aparılmasının əhəmiyyətini qeyd etdi. Akademik Rasim Əliquliyev şöbənin illik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşrinin genişləndirilməsini zəruriliyini bildirdi. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2022-ci il üçün illik hesabatı Elmi şuranın yekdil qərarı ilə təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.